Azərbaycanda taksidən istifadə edən sərnişinlərin sayı açıqlandı


Digərləri 22 İyl 2021 20:00:00 179 0

Azərbaycanda taksidən istifadə edən sərnişinlərin sayı açıqlandı

2021-ci ilin yanvar-iyun aylarında nəqliyyat sektorunda daşımaların həcmində xüsusi çəkisi ən böyük olan avtomobil nəqliyyatı ilə 542,5 milyon sərnişin daşınıb.

Son.az-ın məlumatına görə, əvvəlki ilin eyni dövrü ilə müqayisədə sərnişindaşımasda 13,1 faiz azalma qeydə alınıb.

Sərnişinlərin 91,3 faizi avtobus, 8,7 faizi isə minik taksilərinin xidmətlərindən istifadə edib. Ümumilikdə sərnişin dövriyyəsi 10,0 faiz azalıb.