Turizmin inkişafına ayrılan vəsaitlərin mənimsənilməsinə görə cinayət işi başlanıb


Digərləri 22 İyl 2021 19:18:42 117 0

Turizmin inkişafına ayrılan vəsaitlərin mənimsənilməsinə görə cinayət işi başlanıb

Azərbaycan Respublikasının Hesablama Palatasından turizmin inkişafı məqsədilə dövlət büdcəsindən ayrılan vəsaitin icrası zamanı yol verilmiş qanun pozuntuları haqqında Baş Prokurorluğa daxil olmuş material üzrə araşdırma aparılıb.

Baş Prokurorluqdan verilən məlumata görə, müəyyən edilib ki, hazırda ləğv edilmiş Mədəniyyət və Turizm Nazirliyi ilə "Rəqəmli Dövr" MMC arasında bağlanmış müqavilə üzrə Nazirliyin əsasında yaradılmış Dövlət Turizm Agentliyi tərəfindən faktiki olaraq satın alınmadığı halda, müxtəlif kitabçaların və xəritələrin satın alınması üzrə qeyd edilən Cəmiyyətə 14 noyabr 2018-ci il tarixdə külli miqdarda ödəniş edilib.

Habelə, ölkədə keçirilmiş ticarət festivalları ("Şoppinq festival") üzrə icraçı müəssisə olan "Azərbaycan Konqreslər Bürosu" MMC tərəfindən 2017-2018-ci illərdə təşkil edilmiş ümumilikdə üç belə festival üzrə ayrı-ayrı telekanallarda reklamların ödənişsiz əsaslarla yerləşdirildiyi halda, reklam xidmətlərinə görə Nazirlik tərəfindən qeyd edilən Cəmiyyətə xüsusilə külli miqdarda büdcə vəsaiti ödənilib.

Bundan əlavə, araşdırmalarla Nazirlik tərəfindən müxtəlif xidmətlərin göstərilməsinə dair müqavilələrin icrası zamanı heç bir təsdiqedici sənədlər olmadan büdcə vəsaitinin silinməsinə yol verildiyi, həmçinin tədbirlərin keçirilməsi ilə bağlı icarə xərcləri üzrə artıq büdcə vəsaitinin ödənildiyi də müəyyən edilib.

Qeyd edilən faktlarla bağlı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.4 (xüsusilə külli miqdarda mənimsəmə və ya israf etmə) və 308.2-ci (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət işi başlanmaqla istintaqı aparılır.

İstintaqın gedişatı və nəticəsi barədə ictimaiyyətə əlavə məlumat veriləcək.

Məşhur içki brendlərinin saxtasını Bərdədə hazırlayırlarmış like
  • 22 İyl 19:12  
Digərləri Məşhur içki brendlərinin saxtasını Bərdədə hazırlayırlarmış

Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları tərəfindən Bərdə

arrow Ətraflı
"Yadigar"ın sahibi cəzalandırıldı like
  • 22 İyl 19:06  
Digərləri "Yadigar"ın sahibi cəzalandırıldı

Tərtər rayonu, Heydər Əliyev prospektində fəaliyyət göstərən fiziki ş

arrow Ətraflı
Fərdi jurnalist müsabiqəsinin qalibləri açıqlandı like
  • 22 İyl 19:04  
Digərləri Fərdi jurnalist müsabiqəsinin qalibləri açıqlandı

MEDİA fərdi jurnalist müsabiqəsinin qaliblərini açıqlayıb.

arrow Ətraflı
Tanınmışların bugünkü İnstaqram "macəraları"  Ən son paylaşımlar  FOTOlar like
  • 22 İyl 19:00  
Şou-biznes Tanınmışların bugünkü İnstaqram "macəraları" Ən son paylaşımlar FOTOlar

Tanınmış şou-biznes nümayəndələri, incəsənət adamları İnstaqram sos

arrow Ətraflı
Kəlbəcərə elektrik enerjisi verildi  VİDEO like
  • 22 İyl 18:56  
Digərləri Kəlbəcərə elektrik enerjisi verildi VİDEO

Kəlbəcər rayonuna elektrik enerjisinin verilməsinə başlanılıb.

arrow Ətraflı
Bu ölkənin prezidentinə qarşı suiqəsd baş tutmadı like
  • 22 İyl 18:54  
Dünya Bu ölkənin prezidentinə qarşı suiqəsd baş tutmadı

Madaqaskar Prezidenti Andri Radzuelinaya sui-qəsd cəhdi baş tutmayıb. 

arrow Ətraflı
Azərbaycan Prezidenti: İnflyasiya məqbul hesab edilən rəqəmlər ətrafındadır like
  • 22 İyl 18:52  
Siyasət Azərbaycan Prezidenti: İnflyasiya məqbul hesab edilən rəqəmlər ətrafındadır

İnflyasiya məqbul hesab edilən rəqəmlər ətrafındadır - 4,3 faiz. Hesab

arrow Ətraflı
Bu xəstəxanada saxta peyvənd sənədi verənlər ifşa edildi like
  • 22 İyl 18:50  
Digərləri Bu xəstəxanada saxta peyvənd sənədi verənlər ifşa edildi

Bakı şəhəri, Suraxanı rayonu 24 saylı Birləşmiş Şəhər Xəstəxanası

arrow Ətraflı
Şəkidə 6 yaşlı uşağı ilan sancdı like
  • 22 İyl 18:48  
Digərləri Şəkidə 6 yaşlı uşağı ilan sancdı

Şəkidə 6 yaşlı uşağı ilan sancıb.

arrow Ətraflı
Alişan qardaşının vəfatından yazdı: “Dualar etdik, amma...” like
  • 22 İyl 18:42  
Şou-biznes Alişan qardaşının vəfatından yazdı: “Dualar etdik, amma...”

Ötən gün müğənni Alişanın 41 yaşlı qardaşı Səlcuq Təkdaş vəfat e

arrow Ətraflı
Həyətdə toy keçirənlər cərimələndi  Qonaq sayına görə  FOTO like
  • 22 İyl 18:36  
Digərləri Həyətdə toy keçirənlər cərimələndi Qonaq sayına görə FOTO

Ağdaş Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədb

arrow Ətraflı
Qusarda yabanı halda bitən çətənə kolları məhv edildi  FOTO like
  • 22 İyl 18:30  
Digərləri Qusarda yabanı halda bitən çətənə kolları məhv edildi FOTO

Qusar Rayon Polis Şöbəsinin Şahdağ Polis Bölməsi əməkdaşları tərəfi

arrow Ətraflı
Açıqsaçıq geyimli Səidə Sultanın gecə əyləncəsi tənqid olundu  VİDEO like
  • 22 İyl 18:24  
Şou-biznes Açıqsaçıq geyimli Səidə Sultanın gecə əyləncəsi tənqid olundu VİDEO

Müğənni Səidə Sultan izləyicilərin tənqidinə tuş gəlib.

arrow Ətraflı