Qusarda yabanı halda bitən çətənə kolları məhv edildi FOTO


Digərləri 22 İyl 2021 18:30:00 189 0

Qusarda yabanı halda bitən çətənə kolları məhv edildi  FOTO

Qusar Rayon Polis Şöbəsinin Şahdağ Polis Bölməsi əməkdaşları tərəfindən keçirilən "Xaş-xaş-2021" şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində rayonun Zindan-Muruq kəndi ərazisində yabanı halda bitən narkotik tərkibli çətənə kolları aşkar edilib.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Son.az-a verilən məlumata görə, ümumi çəkisi 1420 kiloqramdan artıq olan, 724 ədəd çətənə kolları kökündən çıxarılıb və yandırılaraq məhv edilib.