Azərbaycan Prezidenti: Naftalan şəhəri turizm mərkəzlərindən birinə çevrilməlidir


Siyasət 22 İyl 2021 17:41:00 56 0

Azərbaycan Prezidenti: Naftalan şəhəri turizm mərkəzlərindən birinə çevrilməlidir

Naftalan şəhəri turizm mərkəzlərindən birinə çevrilməlidir. Mən bunu ilk dəfə Naftalanda olarkən bəyan etmişdim. O vaxt Naftalanın sovet dövründən qalan bütün sanatoriyalarında məcburi köçkünlər yerləşmişdi. Biz onlar üçün elə bu ərazidə, yaxın ərazidə müasir evlər tikdik, qəsəbələr saldıq, onları köçürdük. Ondan sonra böyük investisiyalar cəlb olundu və artıq 13 mehmanxana və sanatoriya fəaliyyətdədir. Üçünün - beşulduzlu "Çinar", "Qarabağ" və "Qaşaltı" mehmanxanalarının açılışında mən şəxsən iştirak etmişəm. Göstəriş vermişəm ki, bütün kateqoriyadan olan müxtəlif səviyyəli istirahət zonaları olmalıdır - beşulduzlu, dördulduzlu, üçulduzlu. Yəni Azərbaycan vətəndaşları və xarici qonaqlar bundan istifadə edə bilsinlər.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə Prezident İlham Əliyev Azərbaycan Televiziyasına müsahibəsində bildirib.

Sovet vaxtında Naftalana Sovet İttifaqının müxtəlif yerlərindən ildə 50-60 min turistin gəldiyini deyən dövlətimizin başçısı qeyd edib ki, təqribən son 15 il ərzində görülmüş işlər nəticəsində burada qalacaq turistlər üçün 2300-dən çox yer artıq istifadəyə verilibdir və bu proses davam edir.

"İkinci Qarabağ müharibəsində Suqovuşan qəsəbəsi də işğaldan azad edildi və Naftalandan Suqovuşan qəsəbəsinə məsafə o qədər də böyük deyil. Mənim tapşırığımla yeni yolun çəkilişi də təmin edilir və beləliklə, bu zona vahid bir turizm məkanı olacaq. Çünki Naftalana gələn qonaqların, - istər Azərbaycan vətəndaşları, istərsə də xarici qonaqlar olsun, - ölkəmizlə tanış olmaları üçün gərək daha geniş imkanlar olsun, həm Gəncəyə, həm digər şəhərlərə gedə bilsinlər, eyni zamanda, Suqovuşan qəsəbəsinə. Şiddətli döyüşlər gedən əraziyə gedib baxmaq həm onlar üçün maraqlı olar, həm də ki, Suqovuşan çox mənzərəli bir yerdir, - dağlar, böyük su anbarı və həyat o bölgələrə qayıdır", - deyə Azərbaycan Prezidenti əlavə edib.

Erməni keşişlər Kəlbəcəri birdəfəlik tərk edirlər like
  • 22 İyl 17:40  
Digərləri Erməni keşişlər Kəlbəcəri birdəfəlik tərk edirlər

"Azərbaycan artıq üç aydır ki, erməni din xadimlərinin  Kəlbəcər

arrow Ətraflı
Mustafa Şentop Sahibə Qafarovaya zəng edib, azərbaycanlıların bayramını təbrik etdi like
  • 22 İyl 17:36  
Siyasət Mustafa Şentop Sahibə Qafarovaya zəng edib, azərbaycanlıların bayramını təbrik etdi

Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Mustafa Şentop Azərbaycan

arrow Ətraflı
Meyxanaçı Kərimə ağır itki like
  • 22 İyl 17:28  
Şou-biznes Meyxanaçı Kərimə ağır itki

Bir neçə il öncə insult keçirən meyxanaçı Ağakərimə (Kərim Novruzov)

arrow Ətraflı
Blokun qarşısını zəbt edən sürücülər insanların yolunu kəsir  FOTO like
  • 22 İyl 17:24  
Digərləri Blokun qarşısını zəbt edən sürücülər insanların yolunu kəsir FOTO

Sumqayıt şəhərində binanın qarşısını zəbt edən iki sürücü bloka d

arrow Ətraflı
Prezident İlham Əliyev Goranboy Olimpiya İdman Kompleksinin açılışında iştirak edib  FOTO like
  • 22 İyl 17:21  
Siyasət Prezident İlham Əliyev Goranboy Olimpiya İdman Kompleksinin açılışında iştirak edib FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 22-də Goranboy O

arrow Ətraflı
"Delta"ya görə bu ölkədə karantin başladı like
  • 22 İyl 17:18  
Dünya "Delta"ya görə bu ölkədə karantin başladı

İranda yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxmaların sayında a

arrow Ətraflı
Kəsir proqnozlaşdırılsa da, büdcə artıqlığı yaranıb like
  • 22 İyl 17:16  
Digərləri Kəsir proqnozlaşdırılsa da, büdcə artıqlığı yaranıb

Cari ilin ilk altı ayında Azərbaycanın icmal büdcənin gəlirləri 15 milya

arrow Ətraflı
Büdcənin icrasına dair 6 aylıq hesabat açıqlandı like
  • 22 İyl 17:13  
Digərləri Büdcənin icrasına dair 6 aylıq hesabat açıqlandı

Azərbaycan Respublikasının Dövlət Büdcəsinin icrasına dair 6 aylıq hesa

arrow Ətraflı
Koronavirusun yeni dalğası ilə bağlı şad xəbər like
  • 22 İyl 17:12  
Digərləri Koronavirusun yeni dalğası ilə bağlı şad xəbər

"Sərt karantin rejimi o halda tətbiq olunur ki, yoluxanların sayında ci

arrow Ətraflı
Prezident İlham Əliyev Goranboyda ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edib like
  • 22 İyl 17:02  
Siyasət Prezident İlham Əliyev Goranboyda ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 22-də qərb böl

arrow Ətraflı
Azərbaycan Prezidenti Naftalan şəhər hava limanı ilə tanış olub like
  • 22 İyl 17:01  
Siyasət Azərbaycan Prezidenti Naftalan şəhər hava limanı ilə tanış olub

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 22-də Naftalan

arrow Ətraflı
Aygün Kazımova şəhid xanımları ilə bir arada  FOTO like
  • 22 İyl 16:58  
Şou-biznes Aygün Kazımova şəhid xanımları ilə bir arada FOTO

Xalq artisti Aygün Kazımova şəhid ailələri ilə keçirilən görüşə qat

arrow Ətraflı