Blokun qarşısını zəbt edən sürücülər insanların yolunu kəsir FOTO


Digərləri 22 İyl 2021 17:24:00 174 0

Blokun qarşısını zəbt edən sürücülər insanların yolunu kəsir  FOTO

Sumqayıt şəhərində binanın qarşısını zəbt edən iki sürücü bloka daxil olan insanların hərəkətini məhdudlaşdırıb.

Son.az avtosfer.az-a istinadən bildirir ki, şəhərin Hacı Zeynalabdin Tağıyev qəsəbəsi bina 9-un girişində park edən 90-ED-487 qeydiyyat nişanlı "VAZ-2107" markalı və 90-VT-215 qeydiyyat nişanlı "Kia" markalı avtomobilin sürücüləri bloka daxil olan insanların giriş-çıxışına maneə yaradır. Bu barədə sakinlərdən biri ərazidən fotoşəkillər çəkərək redaksiyamıza şikayət ünvanlayıb. Onun sözlərinə görə həmin sürücülərə bir neçə dəfə irad bildirsə də nəticə dəyişməyib.

Qeyd edək ki, "Yol hərəkəti haqqında" qanunun 52-ci maddəsinə görə nəqliyyat vasitəsinin girişin qarşısında parklanması qadağandır.