Büdcənin icrasına dair 6 aylıq hesabat açıqlandı


Digərləri 22 İyl 2021 17:13:00 130 0

Büdcənin icrasına dair 6 aylıq hesabat açıqlandı

Azərbaycan Respublikasının Dövlət Büdcəsinin icrasına dair 6 aylıq hesabat açıqlanıb.

Son.az Trend-ə istinadən bildirir ki, Maliyyə Nazirliyinin hesabatına əsasən, 2021-ci ilin ilk altı ayında dövlət büdcəsinin gəlirləri və maliyyələşdirmə əməliyyatları üzrə daxilolmaları 12668,6 mln. manat təşkil etməklə, 11590,5 mln. manat xərclərindən 1078,1 mln. manat artıq olub.

Dövlət büdcəsinin gəlirləri 12177,2 mln. manat proqnoza qarşı 11755,0 mln. manat və ya 96,5 faiz icra olunub.

Cari ilin birinci yarımilində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xətti ilə dövlət büdcəsinə 4342,0 mln. manat vəsait daxil olub ki, bu da proqnoza nisbətən 851,6 mln. manat və ya 24,4 faiz, 2020-ci ilin eyni dövrü ilə müqayisədə isə 336,7 mln. manat və ya 8,4 faiz çoxdur. Həmin vəsaitin 73,1 faizi və yaxud 3175,3 mln. manatı qeyri-neft sektorundan daxilolmaların payına düşməklə, 2020-ci ilin eyni dövrü ilə müqayisədə 276,2 mln. manat və ya 9,5 faiz çox olub.

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin xətti ilə dövlət büdcəsinə 2038,2 mln. manat vəsait təmin edilib ki, bu da proqnoza nisbətən 259,7 mln. manat və ya 14,6 faiz, 2020-ci ilin eyni dövrü ilə müqayisədə isə 18,4 mln. manat və ya 0,9 faiz çoxdur.

Azərbaycan Respublikasının Dövlət Neft Fondundan dövlət büdcəsinə 4696,7 mln. manat və ya altı aylıq proqnozla nəzərdə tutulduğundan 1403,2 mln. manat (23,0 faiz) az vəsait daxil olub.

Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən dövlət əmlakının icarəyə verilməsindən icarə haqqı şəklində dövlət büdcəsinə 7,3 mln. manat vəsait daxil olmaqla proqnoza 135,2 faiz əməl edilib, 2020-ci ilin eyni dövrü ilə müqayisədə isə 2,7 mln. manat və ya 1,6 dəfə çox olub.

Özəlləşmədən (dövlət əmlakının satışından) daxilolmalar 32,3 mln. manat təşkil edib ki, bu da 2020-ci ilin eyni dövrünə nisbətən 31,7 mln.manat (56,3 dəfə) çoxdur.

Dövlət büdcəsindən maliyyələşdirilən təşkilatların ödənişli xidmətlərindən 276,4 mln. manat vəsait daxil olub ki, bu da 2020-ci ilin eyni dövrü ilə müqayisədə 10,0 mln. manat və ya 3,8 faiz çoxdur.

Sair daxilolmalar üzrə dövlət büdcəsinə 154,4 mln. manat vəsait daxil olub ki, bu da proqnoza qarşı 121,4 mln. manat və ya 4,7 dəfə, 2020-ci il ilin eyni dövrü ilə müqayisədə isə 102,8 mln. manat və ya 3,0 dəfə çoxdur.

Dövlət borcu və zəmanəti üzrə öhdəliklərin Təminat Fondundan dövlət büdcəsinə 240,0 mln. manat vəsait transfert olunub.

Koronavirusun yeni dalğası ilə bağlı şad xəbər like
  • 22 İyl 17:12  
Digərləri Koronavirusun yeni dalğası ilə bağlı şad xəbər

"Sərt karantin rejimi o halda tətbiq olunur ki, yoluxanların sayında ci

arrow Ətraflı
Prezident İlham Əliyev Goranboyda ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edib like
  • 22 İyl 17:02  
Siyasət Prezident İlham Əliyev Goranboyda ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 22-də qərb böl

arrow Ətraflı
Azərbaycan Prezidenti Naftalan şəhər hava limanı ilə tanış olub like
  • 22 İyl 17:01  
Siyasət Azərbaycan Prezidenti Naftalan şəhər hava limanı ilə tanış olub

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 22-də Naftalan

arrow Ətraflı
Aygün Kazımova şəhid xanımları ilə bir arada  FOTO like
  • 22 İyl 16:58  
Şou-biznes Aygün Kazımova şəhid xanımları ilə bir arada FOTO

Xalq artisti Aygün Kazımova şəhid ailələri ilə keçirilən görüşə qat

arrow Ətraflı
Prezident İlham Əliyev Naftalan Mərkəzi Sanatoriyasının açılışında iştirak edib  FOTO like
  • 22 İyl 16:50  
Siyasət Prezident İlham Əliyev Naftalan Mərkəzi Sanatoriyasının açılışında iştirak edib FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 22-də Naftalan M

arrow Ətraflı
Rusiyada son sutkada COVID19dan 796 nəfər ölüb like
  • 22 İyl 16:46  
Dünya Rusiyada son sutkada COVID19dan 796 nəfər ölüb

Rusiyada son sutka ərzində daha 24 471 nəfər yeni növ koronavirus (COVID-19

arrow Ətraflı
Hadisənın FOTOsu NyuYorkun məşhur küçəsində like
  • 22 İyl 16:40  
Şou-biznes Hadisənın FOTOsu NyuYorkun məşhur küçəsində

Türkiyəli məşhur müğənni Hadisənin fotosu Nyu-Yorkda Tayms-skverdəki

arrow Ətraflı
Şagirdə "Sinəni aç" deyən direktorla bağlı qərar verildi  FOTO like
  • 22 İyl 16:34  
Digərləri Şagirdə "Sinəni aç" deyən direktorla bağlı qərar verildi FOTO

Ucarda məktəb direktorunun azyaşlı şagirdə qarşı əxlaqsızlıq təklif

arrow Ətraflı
Zəngəzur dəhlizi birbaşa Rusiyanın milli marağıdır like
  • 22 İyl 16:28  
Siyasət Zəngəzur dəhlizi birbaşa Rusiyanın milli marağıdır

"Bu görüşdə Rusiya tərəfinin də müzakirəsində maraqlı olduğu v

arrow Ətraflı
Arvadını ölümlə hədələyən şəxs saxlanıldı like
  • 22 İyl 16:22  
Digərləri Arvadını ölümlə hədələyən şəxs saxlanıldı

Xızı Rayon Polis Şöbəsi əməkdaşların keçirdikləri təxirəsalınmaz

arrow Ətraflı
Azərbaycan neftinin qiyməti 72 dolları keçib like
  • 22 İyl 16:16  
Dünya Azərbaycan neftinin qiyməti 72 dolları keçib

Dünya bazarında "Azeri Light" (CIF) markalı neftin qiyməti artıb.

arrow Ətraflı
Yanğın söndürməyə gələnlər dəhşət yaşadı  20 yaşlı qız...  VİDEO  FOTO like
  • 22 İyl 16:10  
Digərləri Yanğın söndürməyə gələnlər dəhşət yaşadı 20 yaşlı qız... VİDEO FOTO

Esenlerdə (Türkiyə) evlərdən birində yaşanan yanğınla bağlı hadisə g

arrow Ətraflı
Masallıda “patı” satanlar tutuldu like
  • 22 İyl 15:58  
Digərləri Masallıda “patı” satanlar tutuldu

Masallı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat

arrow Ətraflı
"MÜSİAD Azərbaycan"ın rəhbəri jurnalistləri təbrik etdi like
  • 22 İyl 15:54  
Digərləri "MÜSİAD Azərbaycan"ın rəhbəri jurnalistləri təbrik etdi

"MÜSİAD Azərbaycan"ın (Müstəqil sənayeçi və iş adamları də

arrow Ətraflı