Kəsir proqnozlaşdırılsa da, büdcə artıqlığı yaranıb


Digərləri 22 İyl 2021 17:16:00 147 0

Kəsir proqnozlaşdırılsa da, büdcə artıqlığı yaranıb

Cari ilin ilk altı ayında Azərbaycanın icmal büdcənin gəlirləri 15 milyard 328,9 mln. manat olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 2 milyard 958,3 mln. manat və ya 23,9 faiz çoxdur.

Maliyyə Nazirliyindən Son.az-a verilən məlumata görə, icmal büdcənin xərcləri isə 12 milyard 752,4 mln. manat məbləğində icra olunub.

2021-ci il üzrə icmal büdcə 7 milyard 335,3 mln. manat məbləğində kəsirlə proqnozlaşdırılsa da, cari ilin ilk altı ayında faktiki olaraq 2 milyard 576,5 mln. manat büdcə artıqlığı (profisit) yaranıb.