Prezident İlham Əliyev Naftalanda Ulu Öndərin abidəsini ziyarət edib


Siyasət 22 İyl 2021 15:53:00 198 0

Prezident İlham Əliyev Naftalanda Ulu Öndərin abidəsini ziyarət edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 22-də ölkəmizin qərb bölgəsinə səfəri çərçivəsində Naftalan şəhərində olub.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, dövlətimizin başçısı xalqımızın ulu öndəri Heydər Əliyevin şəhərin mərkəzində ucaldılmış abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyub.