"MÜSİAD Azərbaycan"ın rəhbəri jurnalistləri təbrik etdi


Digərləri 22 İyl 2021 15:54:00 186 0

"MÜSİAD Azərbaycan"ın rəhbəri jurnalistləri təbrik etdi

"MÜSİAD Azərbaycan"ın (Müstəqil sənayeçi və iş adamları dərnəyi) rəhbəri Abdurrahman Uzun 22 iyul - Milli Mətbuat Günü münasibətilə azərbaycanlı jurnalistləri təbrik edib.

Son.az xəbər verir ki, təbrikdə deyilir:

"Bu gün Azərbaycanda yüzlərlə mətbuat orqanı qəzet və jurnal fəaliyyət göstərir. Azərbaycan milli mətbuatı 44 günlük vətən müharibəsi zamanı Azərbaycan Ordusunun göstərdiyi qəhrəmanlıq nümunələrini və əldə olunan tarixi Zəfərin əhəmiyyətinin ölkə ictimayətinə eləcə də dünya ictimayyətinə çatdırılmasında böyük rol oynamışdır. Post müharibə dövründə də Azərbaycan mediası fəal işlər apararaq Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında əvəzsiz rol oynayırlar

Bu gün artıq Azərbaycan mediası dövlətin diqqət və qayğısı nəticəsində dünya media arenasında öz yerini tutmaqdadır. Öz kadr potensialına, texniki avadanlıq dəstəyinə, peşəkarlığına görə Azərbaycan mətbuatı qabaqcıl dövlətin mətbuatları ilə eyni səviyyədə dayanır.