Qurban bayramından sonra ürəkbulandıran mənzərə FOTO


Digərləri 22 İyl 2021 14:16:00 145 0

Qurban bayramından sonra ürəkbulandıran mənzərə  FOTO

Bir neçə gündür davam edən Qurban bayramı geridə qaldı. Bayramdan sonra yaranan fəsadlar isə təəssüf doğurur.

Son.az xəbər verir ki, oxu.az-ın redaksiyasına daxil olan məlumata görə, bəzi yaşayış məntəqələrində yaranan antisanitar vəziyyət insanları narahat edir.

Söhbət Sumqayıt şəhərinin girişindən Müşfiqabad qəsəbəsinə gedən yolun kənarından gedir. Belə ki, sakinlərin bildirdiyinə görə, sözügedən ərazidə ət kəsimi məntəqələrinin yaxınlıqlarında kəsilən heyvanların qalıqları toplanmadığından dəhşətli mənzərə yaranıb:

"Ətrafa yayılan üfunəti sözlə ifadə etmək mümkün deyil. Burada hər zaman vəziyyət eyni olur. Ərazi üzrə aidiyyəti orqanlar məsələyə ciddi yanaşmır. Bu vəziyyətə ciddi nəzarət olunmalıdır".