Bu sahədə çalışan 1500 şəxs peyvəndlə bağlı tədqiqata cəlb olunub


Digərləri 22 İyl 2021 13:58:00 184 0

Bu sahədə çalışan 1500 şəxs peyvəndlə bağlı tədqiqata cəlb olunub

Səhiyyə sahəsində çalışan 1500 şəxs peyvəndlə bağlı tədqiqata cəlb olunub.

Son.az Trend-ə istinadən bildirir ki, bu barədə İctimai Səhiyyə və İslahatlar Mərkəzinin (İSİM) direktoru Qəhrəman Haqverdiyev məlumat verib.

Onun sözlərinə görə, Bakı şəhəri üzrə səhiyyə müəssisələrində çalışan tibb və qeyri-tibb işçiləri bu tədqiqata cəlb olunublar. Tədqiqat yeddi tibb müəssisəsinin işçiləri arasında - Bakının 7, 15, 18, 23, 24, 26 və 29 saylı birləşmiş xəstəxanalarında aparılır:

"Səhiyyə müəssisəsində çalışan və COVID-19 xəstəliyinə qarşı peyvənd olunan 1500 əməkdaş razılıq formasını imzalayaraq tədqiqatda iştirak edirlər. Tədqiqat 12 ay ərzində aparılacaq. İştirakçılar ildə üç dəfə - layihənin əvvəlində, altı aydan və bir ildən sonra koronavirusa qarşı anticisimlərin mövcud olmasına dair seroloji testdən keçəcəklər. Artıq birinci mərhələ üzrə qan nümunələri toplamışıq və tezliklə testin ilk nəticələrini alacağıq".