Bakıda yataqxanada yanğın olub


Digərləri 22 İyl 2021 13:28:00 130 0

Bakıda yataqxanada yanğın olub

Bakıda yanğın olub.

Son.az-ın Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən məlumatına görə, hadisə Bakı şəhəri, Binəqədi rayonu, Ağasadıq Gəraybəyli küçəsində beşmərtəbəli yataqxana binasında qeydə alınıb. Nazirliyin "112" qaynar telefon xəttinə yanğın olması barədə məlumat daxil olduqdan dərhal sonra FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri yanğının olduğu ünvana cəlb olunub. Yanğınsöndürənlərin çevik müdaxiləsi nəticəsində yanğın qısa müddət ərzində məhdudlaşdırılaraq tam söndürülüb.

Əlavə məlumat veriləcək.