“Delta” ştammı bütün dünyaya qadağaları qaytarır


Dünya 22 İyl 2021 13:16:00 210 0

“Delta” ştammı bütün dünyaya qadağaları qaytarır

Koronavirusun "Delta" ştammının sürətlə yayılması dövlətlərin virusa qarşı məhdudiyyətlərə yenidən qayıtması ilə nəticələnir.

Qvineya millisi koronavirus səbəbindən Olimpiya Oyunlarında iştirakdan imtina edib. Ölkə hökuməti idmançıların sağlamlığının onlar üçün medaldan daha vacib olduğunu açıqlayıb.

Son.az oxu.az-a istinadən bildirir ki, eyni zamanda, Fransa koronavirusun "Delta"nın yayılması səbəbindən yeni məhdudiyyətlər tətbiq edib.

Artıq peyvənd sənədi və ya mənfi PCR testi olmadan restorana, kinoteatra, muzeyə və hətta stadiona girmək qadağandır.

Son bir həftə ərzində xəstələrin sayı 150 faiz ​​artıb. Bir neçə min Fransa vətəndaşı ötən gün maskasız və sosial məsafəni gözləmədən sanitar pasportlara qarşı çıxdı.

ABŞ-da yoluxmanın artması fonunda hər şəhər öz qaydalarını tətbiq edir. Məsələn, Yeni Orleanda qapalı məkanlarda maska taxmaq məcburiyyəti yenidən tətbiq edilir.