Türkiyənin hakim partiyasının nümayəndə heyəti Azərbaycana səfər edəcək
Siyasət 22 İyl 2021 12:14:00 141 0
İyulun 25-də Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının nümayəndə heyəti Azərbaycana səfər edəcək.
Son.az Trend-ə istinadən bildirir ki, bunu Yeni Azərbaycan Partiyası sədrinin müavini-Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov deyib.
Onun sözlərinə görə, nümayəndə heyəti üzvlərinin Bakıda rəsmi şəxslərlə görüşü nəzərdə tutulur: "İyulun 28-də isə Gəncə şəhərində birgə konfrans keçiriləcək. Konfransda Şuşa Bəyannaməsindən irəli gələn məsələlər müzakirə olunacaq".
Mənbə: milli.az