Girov götürülən həbsxana əməkdaşları ilə bağlı son vəziyyət


Dünya 22 İyl 2021 12:10:00 195 0

Girov götürülən həbsxana əməkdaşları ilə bağlı son vəziyyət

İsveçin Eskilstuna şəhəri yaxınlığındakı "Hellbi" cəzaçəkmə müəssisəsində iki məhbus çərşənbə günü girov götürdükləri iki həbsxana əməkdaşını sərbəst buraxıb.

Son.az APA-ya istinadən bildirir ki, sərbəst buraxılan girovların vəziyyəti yaxşıdır.

Cinayətkarların polis tərəfindən saxlanıldığı bildirilir.

Qeyd edək ki, çərşənbə günü günortadan sonra məhkumlar həbsxananın bloklarından birindəki təhlükəsizlik otağına girərək, oradakı bir kişi və bir qadın əməkdaşı girov götürüblər. Məhbuslar yerli hakimiyyət orqanından helikopter göndərmələrini və kameralardakı 20 nəfər üçün pizza gətirmələrini tələb ediblər.

Hər iki cinayətkar əvvəllər qətl törətməkdə günahlandırılıb.