Elçibəyin oğlu evləndi FOTO


Digərləri 22 İyl 2021 11:10:00 173 0

Elçibəyin oğlu evləndi  FOTO

Mərhum eks-prezident Əbülfəz Elçibəyin oğlu Ərturqut Əliyev ailə həyatı qurub 

Son.az xəbər verir ki, bu barədə Elçibəyin kürəkəni Aqil Səmədbəyli "Facebook"da fotolar paylaşıb.

Onun sözlərinə görə, qaynı Ərturqut Əliyev Elçibəyin silahdaşı olmuş həmkəndlisi və qohumu Mirhadi Yusifovun qızı Aytək xanımla ailə həyatı qurub. 

İyulun 30-da isə Bakıda oğlan toyu olacaq. 

Qeyd edək ki, Elçibəyin iki övladı var. Qızı Çilənay Əliyeva bir neçə ildir ki, ailəsilə birgə Türkiyədə yaşayır.