Anasının boğazını üzən qatilin dəhşətə gətirən ifadəsi FOTO


Digərləri 22 İyl 2021 10:58:00 181 0

Anasının boğazını üzən qatilin dəhşətə gətirən ifadəsi   FOTO

Dənizlidə (Türkiyə) anasını öldürən oğul tutulub.

Son.az haberler.com-a istinadən xəbər verir ki, 37 yaşlı Gökhan Rüzgarla 68 yaşlı anası Şadiye Rüzgar arasında bəlli olmayan səbəbdən mübahisə düşüb. Bir müddət sonra hirsini cilovlaya bilməyən Gökhan əvvəlcə anasını boğmağa çalışıb. Ardınca da boğazını kəsməklə öldürüb. Anasının cansız bədənini yorğanla örtərək heç nə olmamış kimi motosiklinə minərək hadisə yerindən qaçıb.

Qatil oğulun ifadələri isə qan dondurub. Gökhan Rüzgardan "necəsən" sualına "çox yaxşıyam" deyə cavab verib. Soyuqqanlı davranışı ilə diqqət çəkən şübhəli ifadə vermək üçün polis şöbəsinə aparılıb. Gökhan Rüzgarın psixoloji problem yaşadığı iddia edilib.