Çində daşqınlar nəticəsində ölənlərin sayı artdı


Dünya 22 İyl 2021 09:05:00 189 0

Çində daşqınlar nəticəsində ölənlərin sayı artdı

Çinin Henan əyalətində daşqınlar nəticəsində ölənlərin sayı artıb.

Son.az Trend-ə istinadən xəbər verir ki, bu barədə yerli hakimiyyət orqanlarından bildiriblər.

Məlumata əsasən, daşqınlarda ölənlərin sayı 33 nəfərə çatıb: "İyulun 16-dan bəri 3,004 milyon sakin daşqınlar səbəbilə fəlakət bölgəsində qalıb, 33 nəfər həlak olub, 8 nəfər itkin düşüb, 256 min nəfər isə təhlükəsiz rayonlara təxliyə edilib".