Bakıda qırmızı işıq qəzası FOTO


Digərləri 22 İyl 2021 08:18:00 171 0

Bakıda qırmızı işıq qəzası  FOTO

Bakının Nərimanov rayonunda iki avtomobil toqquşub.

Son.az APA-ya istinadən xəbər verir ki, hadisə Təbriz küçəsində baş verib.

"Seat" markalı avtomobilin qadın sürücüsü işıqforun qırmızı işığından keçib. Bu zaman o, Əhməd bəy Ağaoğlu küçəsindən keçən "BMW" markalı avtomobilə çırpılıb.

Qəza nəticəsində qadın xəsarət alıb. Hadisə yerinə polislər cəlb edilib.