Kariesin ölümcül təhlükəsi barədə xəbərdarlıq edildi


Digərləri 22 İyl 2021 03:32:00 162 0

Kariesin ölümcül təhlükəsi barədə xəbərdarlıq edildi

Dişdə karies xərçəng də daxil olmaqla, bir sıra ölümcül xəstəliklərə gətirib çıxara bilər.

Son.az lent.az-a istinadən bildirir ki, bu barədə rusiyalı mütəxəssis, Sankt-Peterburqun baş diş həkimi Andrey Yaremenko xəbərdarlıq edib.

Onun sözlərinə görə, inkişaf etmiş karies vəziyyətində infeksiya bədənin hər tərəfinə yayılmağa başladığı üçün immunitet sisteminin bütün gücü bunun üzərinə cəmlənir. Bu vəziyyətdə bədən mütəmadi olaraq ortaya çıxan mutant şiş hüceyrələrinə qarşı (immunitet sistemi adətən onlarla uğurla mübarizə aparır) müdafiəsiz qalır.

Mütəxəssis çürük dişlərin xərçəngdən başqa, bakterial endokarditə, çənə sinuslarının xəstəliklərinə və yumşaq toxumaların irinli iltihabına səbəb ola biləcəyi barədə də xəbərdarlıq edib.