Dəsmaldan düzgün istifadə etdiyinizə əminsiniz?


Digərləri 22 İyl 2021 02:33:00 185 0

Dəsmaldan düzgün istifadə etdiyinizə əminsiniz?

Səhər oyandıqda, duşdan sonra, yatmazdan əvvəl, üzümüzü hər yuduqda dəsmaldan istifadə edirik. Lakin bu dəsmallar cildi quruladığı qədər bəzi fəsadların yaranmasına da səbəb olur.

Son.az axşam.az-a istinadla yanlış istifadə olunduqda üz dərisində əmələ gələ biləcək problemləri və üz dəsmalından düzgün istifadə qaydalarını təqdim edir.

Sızanaq yaradır

Nəmli mühitdə qaldığı halda dəsmallar bakteriya mənbəyinə çevrilir. Dəsmalı üzünüzə sürtdükdə bütün bakteriyaları birbaşa dərinizə daşıyır və nəticədə məsamələrin tıxanmasına səbəb ola bilər.

Dərinin daha tez qocalmasına səbəb olur

Duşdan sonra nəm dəriyə çəkdiyiniz nəmləndirici kremlər daha alt qatlara nüfuz etməsi üçün üzü qurulamaq heç də yaxşı fikir deyil. Bu zaman üst təbəqəyə çəkdiyiniz məhlul dəriyə nüfuz etmədən onu silmiş olursunuz. Bu davamlı olduğu halda cildiniz daha da kobudlaşır və erkən qırışların yaranmasına imkan yaradır.

Cildiniz yağlanacaq

Dəsmal cildi quru etdiyi kimi, bəzi insanlarda tam əksi yağlanmaya sənəb ola bilər. Üzünüzü quruladığınız zaman cildiniz üçün müalicəvi olan təbii yağlar azalmış olur. Dəri ehtiyac duyduğu yağ miqdarını artırmaq üçün daha çox istehsal etməyə başlayır, bu daha çox yağlanmaya və sızanaqların əmələ gəlməsinə səbəb olur.

Düzgün istifadə yolları

Üzünüzlə bədəninizi eyni dəsmalla qurulamayın. Dəsmalı daim nəmli mühitdə, hamamda saxlamayın. Tez-tez yuyun. Yuyarkən tərkibində kimyəvi maddələr çox olan vasitələrdən istifadə etməyin. Üz dəsmalını bütün digər geyimlərinizlə birgə deyil, ayrı yuyun. Uzun müddət eyni dəsmaldan istifadə etməməyə çalışın. Üzünüzü yumşaq toxunuşlarla qurulamağa çalışın.