Azərbaycanda gecə saatlarında dəhşət: Yaralı var
Digərləri 21 İyl 2021 23:39:00 166 0
Bakı-Qazax avtomobil yolunun Göygöl rayon ərazisindən keçən hissəsində yol-nəqliyyat hadisəsi olub.
Son.az azerforum-a istinadən xəbər verir ki, magistral yolun Göygöl rayonu ərazisindən keçən hissəsində, "Hyundai" və "Chevrolet" markalı avtomobillərin toqquşması nəticəsində, 1971-ci il təvəllüdlü Məlahət Quliyeva xəsarət alıb. Gəncə şəhərindəki xəstəxanaların birinə yerləşdirilən qadının vəziyyəti orta-ağır qiymətləndirilir.
Faktla bağlı araşdırmalara başlanılıb.
Mənbə: milli.az