Yüksək təzyiqin müalicəsi üçün bu mineraldan istifadə edin YENİ KƏŞF


Digərləri 21 İyl 2021 22:55:00 210 0

Yüksək təzyiqin müalicəsi üçün bu mineraldan istifadə edin  YENİ KƏŞF

Hipertoniyanın müalicəsində sink istifadə edilə bilər və bu təzyiqin salınmasına rol oynayır.

Son.az xəbər verir ki, Avstraliya və ABŞ alimləri yeni elmi tədqiqatlarında bu qərara gəliblər.

Onlar sink tərkibli preparatların Alsgeymerin müalicəsində rolunu araşdırmış və müşahidə ediblər ki, xəstələrdə təzyiq aşağı düşüb.

Bu vaxta kimi həkimlər düşünürdülər ki, təzyiqi stabilləşdirən 2 mineral var: kaliy və kalsium.

Məhz bu mineralın təsirindən damarlar yığılıb açılır.

Damarların yığılması, daralması təzyiqin qalxmasına, genişlənməsi isə düşməsinə səbəb olur.

Qanda yüksək miqdar kalsiy arteriyaları daraldır və qan təzyiqi qalxır.

Lakin sink tamam əks rol oynayır. O, damarları rahatladır, açır və genişləndirir, əzələ damar hüceyrələrindən kalsiumun səviyyəsini azaldır.