Ayaq, sümük, dirsək ağrılarının bir səbəbi Sümük xərçəngi nədir?


Digərləri 21 İyl 2021 22:35:00 299 0

Ayaq, sümük, dirsək ağrılarının bir səbəbi  Sümük xərçəngi nədir?

Tibdə osteosarkoma, el dilində sümük şişi adlı xəstəlik zamanı sümüklərdə və oynaqlarda şişlər görülür.

Uşaq və gənc yaşlarda daha çox rast gəlinən bu xəstəlik bəzən adi bir rentgen çəkimi zamanı təsadüfən aşkarlanır.

Əksərən xoş xassəli olur, xəstəyə heç bir ağrı, narahatlıq vermir və əlaməti olmur.

Lakin bəd törəmələr də ola bilər.

Son.az sümük xərçənginin səbəb və əlamətlərini təqdim edir.

Sümük xərçəngi ilk başda sümük hüceyrələrində baş verən dəyişiklikdən qaynaqlanır. Daha çox ayaq və qollarda özünü göstərir.

Ayaqda dizə yaxın yerdə, diz arxası çökəkdə, qolun çiyin hissəsinda çox yaranır. Nadir halda kürək və çənə sümüklərində də ola bilər.

Əlamətləri:

Uzun müddətli ağrılar, heç bir maz, ağrıkəsici, müalicənin təsir etməməsi Şişkinlik, qızartı, ağrı nahiyəsində əllədikdə hiss olunan kütlə, sərtlik, düyünlük,

bununla yanaşı iştahsızlıq, halsızlıq, qızdırma və hərəkətlərdə geriləmə müşahidə olunursa, mütləq rentgen və MRT çəkilməli, onkoloqa müraciət edilməlidir.

Sümük xərçənginin tipləri: