Tacikistanda sel və daşqınlar 12 nəfərin həyatına son qoyub FOTO


Dünya 21 İyl 2021 21:10:00 212 0

Tacikistanda sel və daşqınlar 12 nəfərin həyatına son qoyub  FOTO

Tacikistanın Soqd vilayətinin Kiştudak yaylağında sel və daşqınlar 10 nəfərin həyatına son qoyub, yaralananlar var. Vilayətin Daşti Kozi kəndindəki daşqın nəticəsində isə iki qadın ölüb.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, vilayətin əksər kəndlərinə gedən yollar, elektrik xətləri, körpülər dağılıb, 30-dan artıq yaşayış evinə ziyan dəyib. Bildirilir ki, çox sayda xırda və iribuynuzlu mal-qara tələf olub.

Təbii fəlakətin nəticələrinin aradan qaldırılması üçün tədbirlər görülür.