Aparıcının 5 aylıq övladı əməliyyat olundu


Şou-biznes 21 İyl 2021 16:25:00 127 0

Aparıcının 5 aylıq övladı əməliyyat olundu

Türkiyəyə köçən aparıcı Gülnarə Məmmədovanın martda dünyaya gələn övladı əməliyyat olunub.

Son.az axşam.az-a istinadən xəbər verir ki, bu haqda keçmiş aparıcı özü məlumat yayıb. O bildirib ki, 5 aya yaxındır xəstəxanada olan oğlu Miracı bu günlərdə evə gətirə bilib:

Balama qovuşdum, hələ də dürmü ilə bağlı araşdırmalar və müalicələr davam edir. Bir neçə gün əvvəl əməliyyat olundu, çox şükür geridə qaldı. Mənə dəstək olan, dua edən hər kəsə təşəkkür edirəm. Allahın izni ilə Miracım yanımdadır".

Qeyd edək ki, G.Məmmədova keçmiş ANS kanalında çalışıb. O, "Kamerton" verilişinin aparıcısı olub. Gülnarə 2015-ci ildə türkiyəli iş adamı Özgürlə ailə qurub. Bu onun ikinci nikahıdır. Gülnarə 2018-ci ildə qızı Azranı itirib.