ABŞ Somalidə terrorçulara aviazərbə endirib


Dünya 21 İyl 2021 16:12:00 111 0

ABŞ Somalidə terrorçulara aviazərbə endirib

ABŞ Hərbi Qüvvələrinin Afrika komandanlığı (AFRICOM) Somali hökuməti ilə koordinasiya şəklində "Əş-Şabab" terror qruplaşmasının mövqelərinə qarşı tək bir hava hücumu təşkil edib.

Son.az APA-ya istinadən bildirir ki, Pentaqonun nümayəndəsi Sindi Kinq "Agence France Presse" agentliyinə (AFP) verdiyi açıqlamada bildirib ki, bu, Co Baydenin andiçməsindən bəri Somalidə həyata keçirilən ilk aviazərbədir.

"Komandanlığın ilkin qiymətləndirməsinə görə, hava hücumu nəticəsində mülki şəxslər arasında yaralanan və ya ölən olmayıb", - Kinq belə deyib.