Bu ölkədə məcburi hərbi çağırış 2023cü ildən ləğv ediləcək


Dünya 21 İyl 2021 16:19:00 218 0

Bu ölkədə məcburi hərbi çağırış 2023cü ildən ləğv ediləcək

Ukraynada məcburi hərbi çağırış 2023-cü ildən ləğv ediləcək. NATO-ya üzv olmaq yolunda belə bir addım atılmalıdır.

Son.az xəbər verir ki, bu barədə yerli KİV-ə müsahibəsində Ukraynanın hakim "Xalqın xidmətçisi" partiyasının rəhbəri Aleksandr Korniyenko bildirib. Onun sözlərinə görə, Prezident Vladimir Zelenski tərəfindən imzalanan hərbi strategiya tədricən həyata keçirilməyə başlanılıb. Bu islahatlara məcburi çağırışın ehtiyatda olan xidmətlə əvəzlənməsi də daxildir. "Bu, artıq 2023-cü ildən mümkündür. Hərbi çağırış məntəqələrində də islahat aparılacaq. Bütün bu islahatlar NATO-ya üzvlük planı ilə əlaqəli olduğu üçün gözlənilir. Hərbi islahat davamlı olaraq aparılacaq",- deyə Aleksandr Korniyenko əlavə edib.