Moskvada da bomba həyəcanı


Dünya 21 İyl 2021 15:25:00 163 0

Moskvada da bomba həyəcanı

Rusiyanın paytaxtı Moskvada 12 şəhər məhkəməsinə partlayıcı qurğu qoyulması barədə məlumat daxil olub.

Son.az Trend-ə istinadən bildirir ki, bu barədə Moskva Şəhər Məhkəməsinin mətbuat katibi Valeri Lazarev açıqlama verib. Onun sözlərinə görə, məlumat daxil olduqdan sonra işçilər dərhal təxliyə edilib:

"Məhkəmələrdə xüsusi xidmət orqanları axtarış aparıb. Binalar xidməti itlər tərəfindən yoxlanılıb. Lakin heç bir partlayıcı qurğu aşkarlanmayıb", - deyə o, bildirib.