İş adamını təhqir edən aktrisa intihara cəhd edib?


Şou-biznes 21 İyl 2021 14:30:00 155 0

İş adamını təhqir edən aktrisa intihara cəhd edib?

Sosial media hesabında iş adamı Hakan Sabancını təhqir edən aktrisa Aygün Aydının intihara cəhd etdiyi iddia olunub.

Son.az axşam.az-a istinadən xəbər verir ki, aktrisanın evdə intihara cəhd etdiyi və xəstəxanaya yerləşdirildiyi bildirilir.

Aygün bir müddət əvvəl İnstaqramda canlı yayım açaraq intihar edəcəyini qeyd edib. "Yaşamağın mənim üçün heç bir mənası yoxdur. Niyə 8 polis prokurorluq qərarı olmadan qapımı sındırdı?" deyə, aktrisa sualla izləyicilərinə müraciət edib.

Onun hansı səbəbdən xəstəxanaya yerləşdirildiyi və vəziyyəti ilə bağlı rəsmi açıqlama verilməyib.