Binadan yıxılan 17 yaşlı oğlan xəstəxanada öldü


Digərləri 21 İyl 2021 14:00:00 156 0

Binadan yıxılan 17 yaşlı oğlan xəstəxanada öldü

Bakıda 17 yaşlı oğlan yaşadıqları binanın 10-cu mərtəbəsindən yıxılıb.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, 2004-cü il təvəllüdlü Ağaverdi Ağaverdiyev ehtiyatsızlıqdan eyvandan düşüb. Yaxınları tərəfindən xəstəxanaya yerləşdirilən Ağaverdiyev bu gün səhər saatlarında dünyasını dəyişib.

Faktla bağlı araşdırmalara başlanılıb.