Həyətində 88 nəfərlə toy keçirən kişi cərimələndi FOTO


Digərləri 21 İyl 2021 12:54:00 122 0

Həyətində 88 nəfərlə toy keçirən kişi cərimələndi  FOTO

Salyanda karantin qaydalarına zidd məclis aşkarlanıb.

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan Son.az-a verilən məlumata görə, Salyan Rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri tədbirlər nəticəsində rayonun Qarabağlı kənd sakini Kamran Cavadovun fərdi yaşayış evinin həyətində mövcud qaydaları pozaraq 88 nəfərin iştirakı ilə məclis keçirdiyi müəyyən olunub.

Aşkarlanan qayda pozuntusu ilə bağlı ev sahibi və məclisdə iştirak edən şəxslər barəsində qanunamüvafiq tədbir görülüb