Məşhur cütlük yaşayacaqları evi seçdi FOTO


Şou-biznes 21 İyl 2021 12:30:00 201 0

Məşhur cütlük yaşayacaqları evi seçdi  FOTO

Müğənni Cennifer Lopez yenidən eşq yaşamağa başladığı Hollivud ulduzu Ben Affleklə birgə yaşayacaqları evi seçib.

Son.az axşam.az-a istinadən xəbər verir ki, müğənni Los-Ancelesdə yarımtikili malikənin inşası prosesini izləyərkən görüntülənib.

Bəzi mənbələrin məlumatına görə, Benin Cenniferə evlilik təklifi etməsi gözlənilir.

Qeyd edək ki, Cenniferlə Ben 2002-ci ildə görüşməyə başlamış və 2 illik münasibətdən sonra ayrılmışdılar.