Pakistanda "TikTok" yenidən qadağan edildi


Dünya 21 İyl 2021 12:36:00 142 0

Pakistanda "TikTok" yenidən qadağan edildi

Pakistanda "TikTok" sosial şəbəkəsinin fəaliyyəti "uyğunsuz məzmun" səbəbindən növbəti dəfə qadağan edilib.

Son.az Trend-ə istinadən bildirir ki, bu barədə Pakistanın Telekommunikasiya Agentliyi məlumat yayıb. Məlumatda qeyd olunub ki, "uyğunsuz məzmunlar" sosial şəbəkədə yayılır və platforma bu tip məzmunların silinməsi istiqamətində lazımi səviyyədə iş aparmır. Bu səbəbdən də sosial şəbəkəyə ölkədən giriş qadağan edilir.

Qeyd edək ki, Pakistan keçən ilin oktyabrından bəri "TikTok"un ölkədə fəaliyyətinə qadağa qoyub.