Gürcüstanda son sutkada COVID19dan 26 nəfər ölüb


Dünya 21 İyl 2021 12:06:00 233 0

Gürcüstanda son sutkada COVID19dan 26 nəfər ölüb

Gürcüstanda son sutka ərzində yeni növ koronavirus (COVID-19) infeksiyasına 2 415 yoluxma halı qeydə alınıb, 26 nəfər ölüb.

Son.az APA-ya istinadən bildirir ki, bu barədə Gürcüstan hökumətinin koronavirusla mübarizə çərçivəsində yaratdığı xüsusi internet saytında məlumat yerləşdirilib.

Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı 393 360, xəstəlikdən ölənlərin sayı isə 5 618 nəfərə çatıb.

Koronavirusa yoluxanlardan 368 073 nəfərin sağaldığı bildirilir.