Tacikistan prezidentinin bacısı da dünyasını dəyişdi


Dünya 21 İyl 2021 11:32:00 148 0

Tacikistan prezidentinin bacısı da dünyasını dəyişdi

Tacikistan Prezidenti Emomoli Rahmonun 64 yaşlı bacısı Kurbonbi Rahmonova koronavirusdan dünyasını dəyişib.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə Tacikistan prezidentinin mətbuat xidməti məlumat yayıb. K.Rahmonova bir müddətdir Düşənbədəki xəstəxanaların birində müalicə olunurdu. O, Danqarada dəfn olunacaq.

Xatırladaq ki, iyulun 5-də Emomoli Rahmonun qayınanası - 88 yaşlı Uzbekbi Asadulloyeva da koronavirusdan dünyasını dəyişib.