Almaniyada daşqın qurbanlarının sayı 169a çatdı


Dünya 21 İyl 2021 09:12:00 183 0

Almaniyada daşqın qurbanlarının sayı 169a çatdı

Almaniyada daşqın nəticəsində ölənlərin sayı 169-a çatıb.

Son.az APA-ya istinadən bildirir ki, bu barədə "Agence France Presse" agentliyi xilasetmə xidmətlərinə istinadən məlumat yayıb.

Məlumata görə, təkcə Reynland-Pfalz federal torpağında fəlakət qurbanlarının sayı 121 nəfər olub.

Bundan əvvəl leysan yağışlar nəticəsində Almaniyada ölənlərin sayının 164 nəfər olduğu bildirilmişdi. Yağışlar səbəbindən Reyn çayının qolları olan Ar və Mozel, həmçinin kiçik Zauer, Prüm, Nims, Kil və Erft çayları məcrasından çıxıb.