Zəfər Muzeyi və Vətən Müharibəsi Memorial Kompleksi ilə bağlı hansı işlər görülüb?


Digərləri 21 İyl 2021 09:14:24 212 0

Zəfər Muzeyi və Vətən Müharibəsi Memorial Kompleksi ilə bağlı hansı işlər görülüb?

Vətən müharibəsi memorial kompleksi və Zəfər muzeyinin məzmununun hazırlanması ilə bağlı xarici mütəxəssislərlə razılıq əldə olunub və hazırlanmış layihə ölkə rəhbərliyinə təqdim edilib.

Bu barədə Son.az-ın sorğusuna cavab olaraq Mədəniyyət Nazirliyindən bildirilib.

Məlumatda qeyd olunub ki, nazirlik həmçinin Vətən müharibəsi memorial kompleksi və Zəfər muzeyinin fondunun təşkili məqsədilə də işlər həyata keçirir.

"Hazırda Azərbaycan İstiqlal Muzeyində həm dövlət qurumları, həm də vətəndaşlardan materialların qəbul edilməsi işləri davam etdirilir".