Batma təhlükəsi ilə üzləşən 6 nəfər xilas edilib


Digərləri 21 İyl 2021 09:20:00 164 0

Batma təhlükəsi ilə üzləşən 6 nəfər xilas edilib

Ötən bir gün ərzində "Mərdəkan", "Nardaran", "Xaçmaz" sularında xilasetmə məntəqələrinin ərazisində və 2 halda məntəqədən kənarda (qeyri-çimərlik ərazi) çimərkən batma təhlükəsi ilə üzləşən 6 nəfər xilas olunub.

Son.az xəbər verir ki, bu barədə məlumatı Fövqəladə Hallar Nazirliyi yayıb.

Məlumata görə, xilasetmə tədbirləri nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti tərəfindən həyata keçirilib.