Kolbasa məmulatlarının tərkibi, saxlanılması və istehlak qaydaları


Digərləri 20 İyl 2021 23:55:00 99 0

Kolbasa məmulatlarının tərkibi, saxlanılması və istehlak qaydaları

Kolbasa məmulatlarının istehsalının əsasını onun tərkib hissəsinin düzgün seçimi təşkil edir. Kolbasa istehsalında əsas ət məhsulları mal, dana və donuz əti olsa da, qoyun, quş və digər ət növlərindən, həmçinin müxtəlif qida qatqıları, duz, şəkər və ədviyyatlardan da istifadə olunur.

Bu barədə Qida Təhlükəsizliyi İnstitutunun Qida təhlükəsizliyi şöbəsinin mütəxəssisi Aynur Həsənovanın hazırladığı maarifləndirici materialda bəhs edilir.

Kolbasanın çəhrayı-qırmızı rəngdə olması istehsal prosesində xam məhsulların yekun məhsula qədər keçdiyi mərhələlərdə düzgün ardıcıllığa riayət edilməsindən xəbər verir. Qəhvəyi və ya bozumtul rəngin formalaşması isə məhsulun korlandığını və ya tezliklə korlanacağını göstərir. Hisə verilmiş kolbasaların rəngi isə ətin növü və istifadə olunan texnoloji prosesdən asılıdır. Məhsulda göy və ya yaşıl ləkələr nişastanın miqdarının çox olması ilə bağlıdır. Kolbasanın keyfiyyət göstəricilərindən biri də əsas tərkib komponentlərindən olan yağların rəngidir. Bunu kəsilmiş kolbasa məhsulunda daha aydın görmək olar. Keyfiyyətli məhsulda yağ ağ, keyfiyyətsiz məhsulda isə sarı rəngdə olur.

Sosislərin istehsalında da texnoloji prosesin pozulması nəticəsində məhsulun keyfiyyətində bir sıra nöqsanlar baş verə bilər. Qeyd edək ki, keyfiyyətli sosis elastik olmalıdır. Məhsula yüngül təzyiq edildikdə qısa müddət ərzində öz əvvəlki formasına qayıtmalıdır. Əks halda bu, sosisin tərkibində zülal və qatqı maddələrinin miqdarının çox olmasından xəbər verir. Sosisin qabığı bütöv, hamar və quru olmalıdır. Qabıqda zədə, selik, ərp yolverilməzdir və farşa tam şəkildə yapışmalıdır. Qabıqda ərp yalnız hisə verilmiş kolbasada ola bilər. Bundan başqa, kolbasa, sosis və sardelkalardan təzə və xoşagələn qoxu gəlməlidir. Ədviyyatların ətri kəskin duyularsa, bu, xammalın keyfiyyəti ilə əlaqədar şübhə doğurur.

Kolbasa məmulatları ilkin inqrediyentlərlə dərin emal prosesini keçir ki, bu zaman yüksək temperatur və güclü effektə malik kimyəvi maddələrin təsirinə məruz qalır. Məsələn, konservant olaraq, istənilən kolbasada natrium nitritdən istifadə olunur. Həmin kimyəvi maddə qarışığa həm çəhrayı rəng vermək, həm də təhlükəli bakteriyalardan qorumaq məqsədilə tətbiq edilir. Həmçinin dadlandırıcı olaraq qlütamatdan (E-621) da istifadə edilir.

Kolbasa məmulatlarının gündəlik istehlakı insan sağlamlığı üçün zərərlidir. Bu tip məhsulların orqanizmə başlıca zərəri (xüsusilə uşaqlarda və yaşlılarda) əsasən tərkibindəki kanserogen maddələrlə əlaqədardır. Xüsusilə də mədə-bağırsaq xəstəliklərinin yaranmasına və ya kəskinləşməsinə səbəb olur. Bundan başqa, kolbasa məmulatlarının tərkibindəki duz, bitki və heyvan mənşəli yağlar qanda triqliseridin səviyyəsini artırır ki, bu da xolesterin və ürək-damar sisteminin fəaliyyəti ilə əlaqədar problemlərə səbəb olur. Kolbasa və sosislərin tərkibindəki konservantlar (xüsusilə də hisə verildikdən sonra) və ədviyyatlar mədə divarını qıcıqlandırır.

Goranboyda avtomaşın aşıb like
  • 20 İyl 23:51  
Digərləri Goranboyda avtomaşın aşıb

Goranboyda yol qəzası baş verib.

arrow Ətraflı
Meyvə və tərəvəzlərin qabığı da faydalıdır like
  • 20 İyl 23:50  
Digərləri Meyvə və tərəvəzlərin qabığı da faydalıdır

Araşdırmalara görə, meyvə və tərəvəzlərrin qabığında ləti ilə mü

arrow Ətraflı
Bakıda Jeep 4 avtomobilə çırpılaraq aşıb  FOTO like
  • 20 İyl 23:49  
Digərləri Bakıda Jeep 4 avtomobilə çırpılaraq aşıb FOTO

Bakının Nizami rayonunda yol-nəqliyyat hadisəsini törədən sürücü əraz

arrow Ətraflı
Daşqınların qarşısını almağın həll yolları tapılıb like
  • 20 İyl 23:45  
Digərləri Daşqınların qarşısını almağın həll yolları tapılıb

Rusiyanın ITMO Universitetinin mütəxəssislərindən ibarət bir qrup yaz da

arrow Ətraflı
Bədəndə Omeqa3 yağ turşularının aşağı olması hansı riskləri yaradır like
  • 20 İyl 23:40  
Digərləri Bədəndə Omeqa3 yağ turşularının aşağı olması hansı riskləri yaradır

Qərb alimləri erkən ölüm üçün hesab edilən risk faktorları sırasına

arrow Ətraflı
Türkiyədə son sutkada koronavirusdan 4 561 nəfər sağalıb like
  • 20 İyl 23:39  
Dünya Türkiyədə son sutkada koronavirusdan 4 561 nəfər sağalıb

Türkiyədə son 24 saat ərzində yeni növ koronavirusdan (COVİD-19) daha 46

arrow Ətraflı
Min dərdin dərmanı olan bitki like
  • 20 İyl 23:20  
Digərləri Min dərdin dərmanı olan bitki

Lavanda bitkisinin həm çiçəkləri, həm otu, həm də toxumları olduqca fay

arrow Ətraflı
Telefondan asıllığın əlamətləri like
  • 20 İyl 23:15  
Digərləri Telefondan asıllığın əlamətləri

Telefondan və ya nomofobiyadan asılılığın əsas əlamətləri arasında pr

arrow Ətraflı
Dənizdə batan 6 nəfər xilas edildi like
  • 20 İyl 23:14  
Digərləri Dənizdə batan 6 nəfər xilas edildi

Bu gün Xəzər dənizi çimərliklərində batmaq təhlükəsi ilə üzləşən

arrow Ətraflı
Xiaomi Applei geridə qoydu like
  • 20 İyl 23:10  
Digərləri Xiaomi Applei geridə qoydu

Canalys analitik şirkəti 2021-ci ilin ikinci rübündə smartfon bazarında ol

arrow Ətraflı
Çəki azlığından əziyyət çəkənlər üçün məsləhətlər like
  • 20 İyl 22:55  
Digərləri Çəki azlığından əziyyət çəkənlər üçün məsləhətlər

Əsasən genetik və hormonal pozuntu səbəbindən yaranan çəki azlığı uş

arrow Ətraflı
Göz üçün faydalı qidalar like
  • 20 İyl 22:50  
Digərləri Göz üçün faydalı qidalar

Gözləri qorumaq üçün həm gigiyenik qaydalara, həm də qida rasionuna riay

arrow Ətraflı
Yaponiyada uçan avtomobillər kütləvi daşımalarda tətbiq olunacaq like
  • 20 İyl 22:45  
Digərləri Yaponiyada uçan avtomobillər kütləvi daşımalarda tətbiq olunacaq

Yaponiyada uçan avtomobillər kütləvi daşımalarda tətbiq olunacaq

arrow Ətraflı
Trabzonda qurban kəsimi: bələdiyyə başqanı da daxil olmaqla like
  • 20 İyl 22:43  
Dünya Trabzonda qurban kəsimi: bələdiyyə başqanı da daxil olmaqla

Türkiyənin Trabzon şəhərində bu gün iyulun 20-də Qurban bayramı münasi

arrow Ətraflı
Ceyhun Bayramovla Məhəmməd Cavad Zərif arasında telefon danışığı like
  • 20 İyl 22:42  
Siyasət Ceyhun Bayramovla Məhəmməd Cavad Zərif arasında telefon danışığı

Bu gün Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və İran İslam Respu

arrow Ətraflı