Türkiyədə son sutkada koronavirusdan 4 561 nəfər sağalıb
Dünya 20 İyl 2021 23:39:00 136 0
Türkiyədə son 24 saat ərzində yeni növ koronavirusdan (COVİD-19) daha 46 nəfər dünyasını dəyişib.
Son.az Trend-ə istinadən bildirir ki, bu barədə Türkiyənin Səhiyyə Nazirliyindən bildiriblər.
Məlumata əsasən, ölkədə koronavirus infeksiyası ilə əlaqədar 198 537 nəfər test edilib, 8 780 yeni yoluxma halı qeydə alınıb.
Qeyd edilib ki, ötən gün koronavirusdan 4 561 nəfər sağalıb.
Mənbə: milli.az