Qaçışla məşğul olmaq isyətənlər nəyə diqqət etməlidir


Digərləri 20 İyl 2021 22:15:00 140 0

Qaçışla məşğul olmaq isyətənlər nəyə diqqət etməlidir

Qaçış hamının edə biləcəyi ucuz və sərfəli idman növü sayılır. Bununla belə, hər hansı məşqdə olduğu kimi, qaçış üçün də bir sıra əks göstərişlər var. İnsanın öz artıq çəkisi yük olaraq oynaqları və onurğa sütununu yükləyir. Bu halda qaçışı orta sürətlə gəzinti ilə əvəz etmək daha yaxşıdır. Skolioz, hiperlordoz və onurğa sütununun digər xəstəlikləri zamanı əvvəlcə kürəyi müalicə etmək, daha sonra həkimin icazəsi ilə qaçışa başlamaq tövsiyə olunur.

Son.az deyerler.org-a istinadən bildirir ki, qaçışla məşğul olmaq istədikdə, düzgün qaçış ayaqqabısı seçilməli, eyni zamanda qaçış texnikasına diqqət yetirilməli və qaçışa başlamazdan əvvəl mütləq olaraq əzələlərin isinmə hərəkətləri edilməlidir. Yastı pəncəlik qaçış üçün mütləq əks göstəriş deyil - bu vəziyyət peşəkar idmançılarda da müşahidə olunur.

Bununla belə, yeni başlayanlar həkimdən icazə almalı, qaçış texnikasını yenidən qurmalı və ortopedik və uyğun idman ayaqqabısı seçməlidir. Yalnız yumşaq səthdə qaçmaq olar və ağrı hiss edilərsə, idman etməyi dayandırmaq lazımdır. Bronxit və ya tənəffüs çatışmazlığı (astma) zamanı tez-tez baş verən tutmalarda, qaçışın təmiz havada sakit gəzinti ilə əvəz edilməsi tövsiyə olunur. Mövsümi allergiya zamanı qaçmaqdan çəkinmək lazımdır.

Patologiyanın yüngül forması əks göstəriş hesab edilə bilməz, lakin onun dərəcəsini yalnız həkim təyin edə bilər. Varikoz və tromboflebit (damar divarlarının iltihabı) zamanı fleboloq həkimə müraciət etmək lazımdır. Mütləq əks göstəriş, yaxın zamanda infarkt keçirməkdir. Məsələn, insult, epilepsiya, migren tutması.