Göyçayda 17 yaşlı oğlan su kanalında batıb


Digərləri 20 İyl 2021 21:21:00 146 0

Göyçayda 17 yaşlı oğlan su kanalında batıb

Göyçay rayonunda yeniyetmə oğlan faciəli şəkildə ölüb.

Son.az APA-ya istinadən xəbər verir ki, hadisə bu gün axşam saatlarında rayonun Ləkçıplaq kəndi ərazisində qeydə alınıb.

Yalman kənd sakini, 2004-cü il təvəllüdlü Salmanov Rüfət Seyfəddin oğlu dostları ilə birgə Yuxarı Şirvan kanalında çimərkən suda boğulub. 

Rüfət Seyfəddin oğlunun axtarışları başa çatıb.

Bu barədə məlumatı Fövqəladə Hallar Nazirliyi (FHN) yayıb.