Samuxda bayram günü ailə faciəsi FOTO


Digərləri 20 İyl 2021 21:19:00 162 0

Samuxda bayram günü ailə faciəsi  FOTO

Samuxda baş vermiş yol qəzasında xəsarət alanların adları məlum olub.

Hadisə rayonun Alıuşağı kəndində qeydə alınıb.Hərəkətdə olan "VAZ 21011 "markalı minik maşını ilə "Opel" markalı avtomobil toqquşub. Qəza zamanı bir neçə nəfər yaralanıb.

Son.az APA-ya istinadən xəbər verir ki, iki minik avtomobilin toqquşması nəticəsində xəsarət alanlar - Goranboy rayonunun Qazanbulaq kənd sakinləri, 1973-cü il təvəllüdlü Qəhrəmanova Mehriban İlyas qızı, 1973-cü il təvəllüdlü Qəhrəmanov İlham Sədrəddin oğlu, 1998-ci il təvəllüdlü İsazadə Sədi İlham oğludur.

Qeyd edək ki, avtoqəzada xəsarət alanlar bir aiələnin üzvləridir.