ABŞ səfirliyi: Azərbaycan və Ermənistan sərhədində baş verən insidentlərdən narahatıq


Siyasət 20 İyl 2021 20:16:00 209 0

ABŞ səfirliyi: Azərbaycan və Ermənistan sərhədində baş verən insidentlərdən narahatıq

"ABŞ səfirliyi son günlərdə Azərbaycan və Ermənistan sərhədində, Sədərək-Erasx yaxınlığında baş verən insidentlərdən narahatdır".

Bu barədə ABŞ-ın Azərbaycandakı səfirliyinin "Facebook" hesabında paylaşım edilib.

"Hər iki tərəfi gərginliyi tezliklə və dinc yolla azaltmağa və danışıqların bərpası üçün imkan yaratmağa çağırırıq", - deyə səfirliyin məlumatında qeyd olunub.