Cef Bezos kosmosa uçdu VİDEO


Dünya 20 İyl 2021 19:39:00 135 0

Cef Bezos kosmosa uçdu  VİDEO

Milyarder Cef Bezos və daha üç sərnişini göyərtəsində daşıyan kapsul "New Shepard" raketi vasitəsi ilə həyata keçirilən uçuşdan sonra Texas kosmodromu yaxınlığında təhlükəsiz yerə enib.

Son.az Trend-ə istinadən bildirir ki, bütün uçuş avtomatik rejimdə olub və 11 dəqiqədən az müddət çəkib.

Hesablandığı kimi, buraxılışdan bir neçə dəqiqə sonra təkrar istifadə oluna bilən raket 40 km yüksəkliyə qalxdıqdan sonra sərnişinlər olan kapsul ondan ayrılıb.

Daşıyıcısından ayrılan kapsul, kosmosun şərti sərhəddini - 100 km hümdürlük məsafəsini keçib.

Amerikalı sahibkarı uçuşda qardaşı Mark, 82 yaşlı qadın pilot Olli Funk və 18 yaşlı Oliver Daemen müşayiət ediblər.