40 min "AstraZeneca" peyvəndini Düşənbəyə AZALın təyyarəsi çatdırıb FOTO


Digərləri 20 İyl 2021 16:34:00 139 0

40 min "AstraZeneca" peyvəndini Düşənbəyə AZALın təyyarəsi çatdırıb  FOTO

Bu gün Azərbaycanın milli aviadaşıyıcısı (AZAL) daha bir təyyarəsi ilə Tacikistanın paytaxtı Düşənbə şəhərinə koronavirusa qarşı 40 min "AstraZeneca" peyvəndi çatdırıb.

Bu barədə AZAL-dan məlumat verilib.

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən, koronavirus infeksiyasının yayılmasına qarşı mübarizə üçün humanitar yardım olaraq həmçinin Bosniya və Herseqovinaya 40 min peyvənd çatdırılmışdır.