Türkiyənin pilotsuz qırıcısı "Baykar" konseptual dizayn görüntülərini yaydı FOTO


Dünya 20 İyl 2021 16:45:00 154 0

Türkiyənin pilotsuz qırıcısı  "Baykar" konseptual dizayn görüntülərini yaydı  FOTO

"Pilotsuz hücum təyyarə sistemi layihəmizin konseptual dizayn görüntülərini ilk dəfə paylaşırıq".

Son.az virtualaz.org-a istinadən bildirir ki, bu barədə Türkiyənin aerokosmik sənaye şirkəti olan "Baykar"ın rəsmi Facebook hesabında paylaşım edilib.

Qeyd edək ki, Türkiyənin arsenalına qatacağı müasir texnologiyalı aerokosmik təyyarə, silah-sursat və avadanlıqları Milli Texnologiya Həmləsi proqramı çərçivəsində hazırlanmaqdadır. 

Türkiyə hazırda pilotsuz uçan aparatlar, o cümlədən silahlı PUA-lar sahəsində dünya liderlərindən birinə çevrilib. "Baykar" şirkətinin "Bayraktar TB2" döyüş təyyarəsi Qarabağdakı 44 günlük müharibənin gedişatına ciddi təsir etdikdən sonra sürətlə populyarlaşıb və sifarişçiləri kəskin artıb.