Azərbaycanın regionda kommunikasiyaların açılması ilə bağlı mövqeyi qətiyyətlidir


Siyasət 20 İyl 2021 16:24:00 61 0

Azərbaycanın regionda kommunikasiyaların açılması ilə bağlı mövqeyi qətiyyətlidir

Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel ilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin birgə mətbuat konfransında bir çox mühüm məqamlara aydınlıq gətirildi. Cənab Prezident İlham Əliyev mətbuat konfransında bir daha Azərbaycan həqiqətlərini bütün dünyanın diqqətinə çatdıraraq Azərbaycan dövlətinin haqlı mövqeyini qətiyyətlə bəyan etdi. Münaqişənin bitdiyi və artıq səhifəni çevirməyin, sülh barədə düşünməyin vaxtının olmasının cənab Prezident tərəfindən qeyd edilməsi bir daha sübut edir ki, Azərbaycan hər zaman sülhə hazırdır

Son.az bildirir ki, bunu Trend-ə Milli Məclisin deputatı Cavid Osmanov deyib.

Deputat bildirib ki, Azərbaycanın 10 noyabr tarixli üçtərəfli razılaşmada əks olunduğu kimi, regionda bütün kommunikasiyaların açılmasında maraqlı olması da məhz deyilənlərə əyani sübutdur: "Kommunikasiyaların açılması bütövlükdə regionun inkişafına müsbət təsir edəcək ki, Ermənistanın da xilası bundan asılıdır. Çünki, Ermənistanın uzun illər işğalçılıq mövqeyi tutması bu ölkəni regionda reallaşdırılan layihələrdən təcrid edib və dalana çevirib. Lakin Ermənistan hələ də işğalçılıq ritorikasından əl çəkmək istəmir, baxmayaraq ki, bu ölkənin heç bir halda proseslərə mane olmaq potensialı qalmayıb.

Ermənistanın yeganə çıxış yolu işğalçılıq mövqeyindən çəkilmək, Azərbaycanla sülh sazişi imzalamaqdır. Avropa İttifaqı imkanlarından istifadə etməklə Ermənistanı sülh danışıqlarına sövq, hətta məcbur etməlidir ki, bu ölkə regionda təhlükəsizliyə təhdid rolunda çıxış edə bilməsin. Regionda təhlükəsizliyin təmin edilməsi Avropa İttifaqının da maraqlarına xidmət edir ki, Cənubi Qafqazda əsas tərəfdaşı olan Azərbaycan məcburən münqişəyə cəlb edilməz, gələcək münasibətlərin inkişafı üçün maneələr yaranmaz".

C.Osmanov vurğulayıb ki, Azərbaycan Şərq-Qərb, Şimal-Cənub nəqliyyat dəhlizinin qovşağında yerləşir və Zəngəzur dəhlizinin açlışması beynəlxalq daşımalar sahəsində xüsusi rol oyanaya, eyni zamanda regionda sülhün, təhlükəsizliyin möhkəmlənməsinə müsbət təsir edə bilər: "Zəngəzur dəhlizinin açılmasının Ermənistan üçün də sərfəli olmasına baxmayaraq, bu ölkədə hər cəhdlə layihəni yubatmağa çalışırlar. Baxmayaraq ki, Ermənistanın Zəngəzur dəhlizinin açılmasını yubatmaq cəhdləri uğursuzdur və heç bir nəticə verməyəcək. Ermənistan 30 ilə yaxın bir dönəmdə Azərbaycan torpaqlarını işğalda saxlamış, işğal dövründə torpaqlarımızda hər cür vandallıqlar törətmiş ölkədir. Hətta Ermənistan Azərbaycanın meşə massivlərini qəsdən məhv etmiş, göl və çaylarını bilərəkdən çirkləndirmiş, işğal edilmiş ərazilərimizdə qeyri-qanuni iqtisadi fəaliyyətlə məşğul olmuş, eyni zamanda bu işlərə xarici şirkətləri də cəlb etməyə çalışmışdır.

Çox təəssüf ki, Ermənistanın Azərbaycana qarşı ekoloji terroru bu gün də davam edir. Avropa İttifaqı, eləcə də digər beynəlxalq təşkilatlar bu və digər məsələlərə görə Ermənistana mütləq təsir etməli, bu ölkəni işğalçılıq, terrorçuluq mövqeyindən çəkilməyə məcbur etməlidirlər. Ermənistanın bu mövqeyi bir Azərbaycan üçün deyil, region eyni zamanda və bütün dünya üçün təhlükədir. Hər halda, Ermənistan 44 günlük hərbi əməliyyatlar zamanı Azərbaycanın "dəmir yumruğunun" təsirini və gücünü də unutmamalıdır".

Şirvanda "Patı" satan qadın saxlanıldı  FOTO like
  • 20 İyl 16:17  
Digərləri Şirvanda "Patı" satan qadın saxlanıldı FOTO

Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən ə

arrow Ətraflı
Şirvanda şəhid Nicat Hüseynovun anım mərasimi keçirilib  FOTO like
  • 20 İyl 16:10  
Digərləri Şirvanda şəhid Nicat Hüseynovun anım mərasimi keçirilib FOTO

Müdafiə Nazirliyinin Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mə

arrow Ətraflı
Pərvin Abıyevanın fobiyaları – “Məcbur olmasam çimmərəm” – VİDEO like
  • 20 İyl 16:03  
Şou-biznes Pərvin Abıyevanın fobiyaları – “Məcbur olmasam çimmərəm” – VİDEO

ARB TV-nin "Onun Sirri" verilişinin növbəti qonağı aktrisa Pərvi

arrow Ətraflı
Bakıda onaltımərtəbəli bina yanır like
  • 20 İyl 15:56  
Digərləri Bakıda onaltımərtəbəli bina yanır

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə

arrow Ətraflı
Gəncədə heroin satanlar saxlanıldı  FOTO like
  • 20 İyl 15:49  
Digərləri Gəncədə heroin satanlar saxlanıldı FOTO

Gəncə Şəhər Baş Polis İdarəsi və onun tabeli qurumlarının əməkdaşl

arrow Ətraflı
“Qafqaz” restoranının sahibi cərimələndi  Bu toya görə  VİDEO  FOTO like
  • 20 İyl 15:42  
Digərləri “Qafqaz” restoranının sahibi cərimələndi Bu toya görə VİDEO FOTO

Qax Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən nəzarət

arrow Ətraflı
Andrey Rudenko Minsk Qrupu həmsədrləri ilə bölgədəki vəziyyəti müzakirə etdi like
  • 20 İyl 15:35  
Siyasət Andrey Rudenko Minsk Qrupu həmsədrləri ilə bölgədəki vəziyyəti müzakirə etdi

Rusiya xarici işlər nazirinin müavini Andrey Rudenko ATƏT-in Minsk Qrupu hə

arrow Ətraflı
Azərbaycan Tacikistana 40 min doza vaksin göndərdi  FOTO like
  • 20 İyl 15:34  
Siyasət Azərbaycan Tacikistana 40 min doza vaksin göndərdi FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsas

arrow Ətraflı
Bakıda qadını bıçaqlayan şəxs tutuldu like
  • 20 İyl 15:28  
Digərləri Bakıda qadını bıçaqlayan şəxs tutuldu

İyulun 16-da paytaxtın Nizami rayonunda Aygün Mirzəyevanın çox saylı xəs

arrow Ətraflı
Qızını gəlin köçürən Əməkdar artist kövrəldi  FOTO like
  • 20 İyl 15:21  
Şou-biznes Qızını gəlin köçürən Əməkdar artist kövrəldi FOTO

Xəbər verdiyimiz kimi, Əməkdar artist Vəfa Zeynalovanın qızı Səbinə ai

arrow Ətraflı
İranda daha 250 nəfər koronavirusdan öldü like
  • 20 İyl 15:14  
Dünya İranda daha 250 nəfər koronavirusdan öldü

İranda ötən sutka ərzində 250 nəfər koronavirusdan (COVID-19) ölüb.

arrow Ətraflı
Putin Rusiya müsəlmanlarının Qurban bayramını təbrik edib like
  • 20 İyl 15:07  
Dünya Putin Rusiya müsəlmanlarının Qurban bayramını təbrik edib

Rusiya Prezidenti Vladimir Putin ölkə müsəlmanlarını Qurban bayramı müna

arrow Ətraflı
Peyvənd vurduranlar niyə koronavirusa yoluxur? like
  • 20 İyl 15:00  
Digərləri Peyvənd vurduranlar niyə koronavirusa yoluxur?

Viral infeksiyaların qarşısının alınması və müalicəsi üzrə Elmi Məl

arrow Ətraflı
Günəş şüaları dərinizi yandırıbsa, bunları etməyin like
  • 20 İyl 14:53  
Digərləri Günəş şüaları dərinizi yandırıbsa, bunları etməyin

Günəş şüalarının yandırdığı dərini müalicə etmək üçün bir çox

arrow Ətraflı
Bakıda zəncirvari qəza sıxlığa səbəb oldu  FOTO like
  • 20 İyl 14:39  
Digərləri Bakıda zəncirvari qəza sıxlığa səbəb oldu FOTO

Bakıda zəncirvari yol nəqliyyat hadisəsi baş verib.

arrow Ətraflı