ABŞ səfirliyi Azərbaycan xalqını Qurban bayramı münasibətilə təbrik edib


Siyasət 20 İyl 2021 12:55:00 139 0

ABŞ səfirliyi Azərbaycan xalqını Qurban bayramı münasibətilə təbrik edib

ABŞ səfirliyi Azərbaycan xalqını Qurban bayramı münasibətilə təbrik edib.

Son.az APA-ya istinadən bildirir ki, səfirliyin "Facebook" səhifəsində yayımlanan təbrikdə qeyd olunur ki, bu bayram müsəlmanlar üçün ibadətin və fədakarlığın önəmliliyini qiymətləndirmək üçün gözəl vaxtdır: "Milyonlarla amerikalı müsəlman azərbaycanlı bacı və qardaşları kimi bu bayramı ailə üzvləri ilə birgə, ehtiyacı olanlara yardım əlini uzadaraq qeyd edir. Sizləri bir daha bu gözəl bayram münasibətilə təbrik edirik!".